Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bir zamanların məşhur futbolçusu keşiş oldu - FOTO
Şimali İrlandiya yığmasının və İngiltərənin "Mançester Yunayted" klubunun sabiq futbolçusu Filip Malrayn keşiş olub.
Sportfm.az saytı report-a istinadən xəbər verir ki, 39 yaşlı mərkəz müdafiəçisi 2008-ci ildə karyerasını başa vurduqdan sonra dinə maraq göstərməyə başlayıb. Nəticədə bir neçə gün öncə keşiş olmağa qərar verib.
Qeyd edək ki, Filip Malrayn "Mançester Yunayted"in yetirməsidir. O, İngiltərə klubunun akademiyasında Devid Bekhem, Niki Batt, Harri və Fil Nevill qardaşları ilə birgə məşq edib. Lakin şimali irlandiyalı futbolçu 1996 - 1999-cu illər aralığında Mançester təmsilçisinin əsas komandasında cəmi bir oyunda iştirak edib. Veteran müdafiəçi daha sonra "Norviç", "Kardiff Siti" və "Letyon Orient" kimi kollektivlərin şərəfini qoruyub.
Oxşar xəbərlər
"Mançester Yunayted"in futbolçusu "Ayntraxt"da - RƏSMİ
“Mançester Yunayted”in sabiq futbolçusu dünyasını dəyişdi
Şimali İrlandiya yığmasının heyəti məlum oldu
Kamrana qol vurdu, Corc Bestə çatdı
Derbini "Mançester Yunayted" qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası