reklam
Təyyarə faciəsində həlak olan futbolçu dəfn edildi
Sportfm.az xəbər saytı

Təyyarə faciəsində həlak olan futbolçu dəfn edildi


Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə faciəsində həlak olan “Gənclik” futbol klubunun üzvü Məhəmmədəli Eqanov dəfn edilib.

Sportfm.az xəbər verir ki, mərhumun cənazəsi Suraxanıdakı rus-tatar qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə ictimaiyyət nümayəndələri, mərhumun yaxınları iştirak ediblər.

AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında yerə düşüb. Təyyarəni Rusiya hərbçilərinin vurduğu deyilir. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Oxşar xəbərlər

Bu gün Azərbaycanda matəm günüdür
Çerçesov ölənlərin yaxınlarına başsağlığı verdi - Hadisə
AFFA qəzada həyatını itirmiş insanların ailələrinə başsağlığı verdi
Şəhriyar Rəhimov dəfn olundu - FOTO
İdman təyyarəsi qəzaya uğradı, 2 nəfər həlak oldu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər