reklam
Azərbaycanlı futbolçu Super Kubokun qalibi oldu
Sportfm.az xəbər saytı

Azərbaycanlı futbolçu Super Kubokun qalibi oldu


Azərbaycan millisinin üzvü Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" Albaniya Superkubokunu qazanıb.
Sportfm.az xəbər verir ki, komanda həlledici oyunda “Kukesi” ilə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.

Zamiqin adı iştirak ərizəsinə daxil edilsə də, o, sona qədər ehtiyatda qalıb.

Qeyd edək ki, "Eqnatiya" 2023/2024 mövsümündə Albaniya çempionu olub və ölkə kubokunu qazanıb. Kubokun finalında onlar "Kukesi"ni məğlub etmişdilər. Zamiq 2023-cü ilin iyunundan "Eqnatiya"da çıxış edir. 23 yaşlı müdafiəçi ötən gecə komandası ilə ilk titulunu qazanıb.

Oxşar xəbərlər

Zamiq Əliyev 90 dəqiqə oynadı - Albaniya çempionatı
Əliyev oynadı, komandası uduzdu
Azərbaycanlı futbolçu xarici çempionatda debüt etdi
"Kəpəz"in sabiq gənc üzvü xarici klubda çıxış edəcək
Vüsal oynadı, komandası qələbə qazandı - Albaniya Superliqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər