Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Hicran Şərifov karyerasını başa vurdu
Azərbaycanlı güləş hakimi Hicran Şərifov karyerasını başa vurub.
Sportfm.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, 25 illik hakimlik karyerasını bitirib.
Təcrübəli mütəxəssis son olaraq Azərbaycan çempionatında 55 kq-da Elmir Əliyevlə Rəşad Məmmədov arasında baş tutan final görüşünü idarə edib.
Referi qarşılaşmadan sonra güləş ənənələrinə uyğun olaraq, fitini və qolçaqlarını xalça üzərinə qoyub və həmkarlarının gur alqışı ilə karyerasını başa vurduğunu rəsmən elan edib.
Milli Olimpiya Komitəsi və Azərbaycan Güləş Federasiyası H.Şərifova xatirə hədiyyəsi təqdim edib.
Şərifov Pekin-2008, London-2012 və Rio-2016 Olimpiya Oyunlarında, Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında, dəfələrlə dünya və Avropa çempionatlarında və digər mühüm beynəlxalq yarışlarda ədaləti qoruyub. Azərbaycan güləş tarixində 3 Olimpiadada iştirak etmiş yeganə hakim ünvanına sahib Şərifov London-2012-nin ən ədalətli referisi qismində “Qızıl fit” mükafatına layiq görülüb. O, “Şöhrət” və “Olimpiya” ordeni, “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”, “Tərəqqi” medalı, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, “Əməkdar məşqçi” fəxri adları ilə təltif olunub.

Oxşar xəbərlər
Asif Şirəliyev Yay Olimpiya Oyunlarına təyinat aldı
Elçin Zeynalov 70 illik yubileyini qeyd edir
25 illik beynəlxalq dərəcəli hakim karyerasını başa vurdu - Azərbaycanda
Güləş yığmamızın üzvləri jurnalistlərə qalib gəldi
Azərbaycan Güləş Federasiyasına mükafat verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası