reklam
Sportfm.az xəbər saytı

"Turan Tovuz" "Neftçi"yə qarşı -Misli Premyer Liqası


Misli Premyer Liqasında 18-ci tur davam edir.

Sportfm.az xəbər verir ki, tur çərçivəsində bu gün daha iki matç baş tutacaq.

Üç günü əhatə edəcək turun ikinci oyun gününə Tovuzda start veriləcək. "Turan Tovuz" öz meydanında "Neftçi"ni sınağa çəkəcək.

Günə Bayılda yekun vurulacaq. Autsayder "Səbail" mükafatlar uğrunda mübarizə aparan "Zirə"ni sınağa çəkəcək.

Qeyd edək ki, dünən start götürən turun açılış oyununda "Kəpəz" ilə "Sumqayıt" qolsuz heç-heçəyə razılaşıblar. Sabah keşiriləcək "Şamaxı" - "Sabah" və "Qarabağ" - "Araz-Naxçıvan" görüşləri ilə həm tura, həm də mövsümün ilk yarısına yekun vurulacaq.

Misli Premyer Liqası
18-ci tur
21 dekabr (şənbə)

16:00. Turan Tovuz – Neftçi
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev, Eyyub İbrahimov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
Tovuz şəhər stadionu

18:30. Səbail – Zirə
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov
VAR: Əliyar Ağayev, Zeynal Zeynalov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASCO Arena”

Oxşar xəbərlər

“Sabah" “Araz-Naxçıvan”ı məğlub etdi - Misli Premyer Liqası
"Turan Tovuz" "Kəpəz"ə qarşı - Misli Premyer Liqası
“Qarabağ” “Turan Tovuz”a, “Araz Naxçıvan” “Neftçi”yə qarşı - Misli Premyer Liqası
"Zirə" "Turan Tovuz"a, "Sabah" "Araz-Naxçıvan"a qarşı - Misli Premyer Liqası
“Qarabağ” Tovuz səfərində, “Neftçi” “Səbail”ə qarşı - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər