Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Hakimlərimiz qış toplanışını Türkiyədə keçəcək
Azərbaycanın futbol hakimləri qış fasiləsində Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına yollanacaqlar.
Sportfm.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.
Qurum rəsmisi hakimlərin toplanış ərzində oyun idarə edəcəklərini də söyləyib:
“Premyer Liqanın 37 hakimi yanvarın 6-dan 12-nə qədər təlim-məşq toplanışı üçün Antalyaya yollanacaqlar. Onlar toplanış müddətində oyunlar idarə edəcəklər. Bundan əlavə, təşkil olunacaq seminarlara xarici mütəxəssislər dəvət olunacaq. Seminarda köməkçi hakimlər üzrə UEFA mütəxəssisi Leyf Lindberq, VAR mütəxəssisi Kristof Dyerik, UEFA-da fiziki hazırlıq üzrə baş məşqçi Verner Helsen, UEFA konvensiyası koordinatoru Leonid Kaloşin də iştirak edəcək”.

Oxşar xəbərlər
Hakimlərimizin təlim-məşq toplanışı keçirildi - FOTO
Azərbaycanlı hakimlərin Antalya toplanışının vaxtı bilindi
"Ömər Paşayev UEFA-nın nəzarətindədir" - Xəqani Məmmədov
Fiziki hazırlıq üzrə məşqçilər üçün seminar təşkil olunacaq
Hakimlərimiz Türkiyədə 50 oyun idarə edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası