reklam
Hakimlərimiz Türkiyədə 50 oyun idarə edəcək
Sportfm.az xəbər saytı

Hakimlərimiz Türkiyədə 50 oyun idarə edəcək


Azərbaycanlı hakimlərin Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışına start verilib.
Sportfm.az xəbər verir ki, dünən günorta saatlarında Antalyaya gələn hakimlərimiz elə həmin gün iki məşğələdə iştirak ediblər. İlk məşq yaşıl meydançada, axşam məşğələsi isə akt zalında gerçəkləşib. 
Yanvarın 25-dək Antalyada  olacaq  hakimlərin hər gün ümumilikdə 4 məşğələdə bir araya gələcəyi planlaşdırılır. Eyni zamanda, Topaz Premyer Liqasının, Azərbaycan Kubokunun, I Divizionun keçirilən oyunlarında qeydə alınan hakim qərarları müzakirə olunacaq. Toplanışın əsas məqsədlərindən biri isə müxtəlif ölkələrdən  Antalyaya gələn komandaların iştirakı ilə keçirilən oyunların idarə olunmasıdı. İlkin plan kimi minimum 50 oyunda ədaləti qorumaq planlaşdırılıb. 
Məlumat üçün deyək ki, cari toplanışa FİFA təlimatçısı dəvət olunmayacaq. Toplanışa müəllim heyətində yer alan Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov, Hakim-İnspektorlar Komitəsinin sədri Əli Hüseynov və fiziki hazırlıq üzrə məşqçi Namiq Quliyev nəzarət edirlər.

Oxşar xəbərlər

Hakimlərimiz Antalyaya yollanmayacaq
Hakimlərimiz testdən keçdi - FOTO
"Ömər Paşayev UEFA-nın nəzarətindədir" - Xəqani Məmmədov
Hakimlərimiz Antalyada toplanacaq
Əliyar Ağayev Türkiyədə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər