Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ayrılığa dözə bilmədi, özünü öldürdü -FOTO
Latviyalı basketbolçu Yanis Timma 32 yaşında öz həyatına son qoyub.
Buna "VİA Qra" qrupunun keçmiş solisti Anna Sedokova ilə boşanması səbəb göstərilir. Timma özündən 10 yaş böyük Sedokova ilə 4 il evli olub.
Bir neçə gün öncə məhkəmə onların boşanmasına qərar verib.
Yanis dünən 42 yaşını qeyd edən Sedokovanın doğum günü münasibətilə sosial şəbəkədə təbrik yazıb.
Sonra onların arasında telefon danışıqlarının olduğu və bundan sonra basketbolçunun gecə saatlarında həyatına son qoyduğu qeyd edilir.
Qeyd edək ki, Yanisin ilk evliliyindən 6 yaşlı oğlu var. Bu evlilik Anna ilə münasibətlərə görə 5 il öncə başa çatıb.
Sedokovanın ilk həyat yoldaşı da tanınmış idmançı olub.
Valentin Belkeviç parlaq futbolçu karyerasını Bakı "İnter"ində bitirib. Kiyev "Dinamo"sunun keçmiş ulduzu 42 yaşında tromboemboliyadan dünyasını dəyişib.
Anna Sedokovanın və Valentin Belkeviçin 2 il davam edən bu evlilikdən 1 qız övladları var.
Sedokovanın "Formula" 1 meneceri Denis Çernyavskidən də bir qız övladı var.
Bundan başqa Annanın qeyri-rəsmi nigahda olduğu Artyom Komarovdan bir oğlu var.
Sonda qeyd edim ki, Timma "Sabah"ın baş məşqşisi Rimas Kurtinaytisin rəhbərliyilə Rusiyanın "Ximki" klubunda da çıxış edib.

Oxşar xəbərlər
Ad günündə vəfat edən 19 yaşlı idmançı - FOTO
Romario karyerasını bərpa etdi - 58 yaşında
Berluskoni dünyasını dəyişdi
"Ayaks" istanbullu Hacını transfer edir
Türkiyəli futbolçu azərbaycanlı meyxanaçıya evlilik təklifi etdi!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası