reklam
Sportfm.az xəbər saytı

"Heç nəyi dəyişmək mümkün deyil" -Santuş püşkü dəyərləndirdi


Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş DÇ-2026-nın seçmə mərhələsinin püşkünü dəyərləndirib.
Sportfm.az xəbər verir ki, o, AFFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Artıq püşk atılıb, heç nəyi dəyişmək mümkün deyil. İndi daha vacibi rəqibləri yaxından tanımaqdır. Fransa, yoxsa Xorvatiya ilə qarşılaşacağımız UEFA Millətlər Liqasının pley-off mərhələsindən sonra bəlli olacaq. Digər rəqiblərimiz isə Ukrayna və İslandiya seçmələridir. İndi ən önəmlisi komandamızı bu oyunlara hazırlamaqdır. Mart və iyunda rəsmi matçlarımızın olmaması yaxşı haldır. Qrup oyunlarına hazırlaşmaq üçün vaxtımız olacaq. Həmin dönəmlərdə yoxlama görüşləri keçirəcəyik ki, yığmamız sentyabrda başlayacaq seçmə mərhələ matçlarına hazır olsun”.

Millimizin D qrupundakı rəqibləri UEFA Millətlər Liqasının 1/4 final mərhələsinin Fransa – Xorvatiya cütünün qalibi, həmçinin Ukrayna və İslandiya yığmalarıdır. Bu qrupda mübarizə 2025-ci ilin sentyabrında başlayacaq.

Oxşar xəbərlər

Millimizin rəqibləri bilindi - DÇ-2026
Santuş istefaya göndərilməyəcək - AÇIQLAMA
Millətlər Liqasında pley-off mərhələsinin püşkü atılacaq
Millətlər Liqasında yeni mövsümün püşkü atıldı - Yığmamız İsveç, Slovakiya və Estoniya ilə mübarizə aparacaq
“Qarabağ”ın Konfrans Liqasında mümkün rəqibləri - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər