reklam
Millimizin rəqibləri bilindi -
Sportfm.az xəbər saytı

Millimizin rəqibləri bilindi -DÇ-2026


Bu gün Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki rəqibləri bəlli olub.

Sportfm.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində keçirilən tədbirdə millimizin hansı qrupda yer aldığı açıqlanıb.

Püşkatmadan əvvəl 4-cü səbətdə müəyyənləşən Azərbaycan millisi də rəqiblərini tanıyıb. Püşkatmanın nəticələrinə görə millimiz D qrupunda yer alıb. Rəqiblər isə Fransa-Xorvatiya cütünün qalibi, Ukrayna və İslandiyadır.

Qeyd edək ki, qrupların yekun tərkibi yalnız Millətlər Liqasının A Divizionunun martın 20-si və 23-də keçirilməsi nəzərdə tutulan 1/4 final mərhələsi başa çatdıqdan sonra müəyyənləşəcək. Belə ki, Millətlər Liqasında yarımfinala yüksələn milli dörd komandadan ibarət qruplarda yer alacaqlar. İyun ayında bu komandalar Millətlər Liqasının final mərhələsində çıxış edəcək və yalnız 2025-ci ilin sentyabrında dünya çempionatının oyunlarına başlayacaq.

D qrupu:

Fransa-Xorvatiya cütünün qalibi, İslandiya, Ukrayna, Azərbaycan

Qeyd edək ki, seçmə mərhələnin oyunlarına 2025-ci ilin martında start veriləcək.

Oxşar xəbərlər

Millimizin rəqibləri məlum oldu - Avropa çempionatı
Millimizin Avropa çempionatındakı rəqibləri müəyyənləşdi
Millimizin rəqibləri müəyyənləşdi - Millətlər Liqası
Millimizin rəqibləri bilindi
Yığmamızın Avro-2025-in seçmə mərhələsindəki rəqibləri - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər