reklam
Rusiya güləşçiləri antidopinq qaydalarını pozdu
Sportfm.az xəbər saytı

Rusiya güləşçiləri antidopinq qaydalarını pozdu


Rusiyanın iki güləşçisi - Xizar Durqayev və Kamal Məlikov antidopinq qaydalarını pozduqlarına görə diskvalifikasiya ediliblər.
Sportfm.az xəbər verir ki, bu barədə Dünya Güləş Birliyi qərar çıxarıb.

Hər iki idmançının cəzasının müddəti 4 ildir və 2024-cü il iyulun 18-dən hesablanıb.

Onlar qadağan olunmuş preparatlardan istifadə etdikləri üçün cəzalanıblar. Güləşçilər artıq karyeralarını başa vurublar.

Qeyd edək ki, 41 yaşlı Xizar Durqayev 2009-cu ildə Rusiya çempionu olub. 37 yaşlı Məlikov isə 2010-cu ildə komandalararası Dünya Kubokunda qızıl medala sahib çıxıb.

Oxşar xəbərlər

Dünya çempionu dopinqə görə diskvalifikasiya edildi
Ukraynalı idmançılar 42 aylıq diskvalifikasiya edildi - Dopinq
Rusiyalı cüdoçu diskvalifikasiya edildi
Rusiya idmançısı antidopinq qaydasını pozdu
İdmançımıza qalib gələn rusiyalı güləşçi dopinqə görə cəzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər