reklam
Messi Bakıya gəldi -
Sportfm.az xəbər saytı

Messi Bakıya gəldi -VİDEO


Dünya futbolunun əfsanəsi Lionel Messi və komanda yoldaşları Bakıya gəliblər.

Sportfm.az xəbər verir ki, idmançıları daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Hava limanında onları iş adamı Adnan Əhmədzadə qarşılayıb.

Qeyd edək ki, ABŞ-nin “İnter Mayami” klubunun futbolçuları – Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba dekabrın 11-də Bakı Kristal Zalında baş tutacaq görüşdə iştirak edəcəklər.

Tədbiri xüsusi musiqi atmosferi müşayiət edəcək. Bakı Kristal Zalının səhnəsində dünya şöhrətli bəstəkar və müğənni Villi Uilyam (Willy William) və məşhur “Morandi” qrupu çıxış edəcək. İştirakçılara enerjili və yaddaqalan ritmlərlə musiqili proqram təqdim olunacaq.

Biletləri “iTicket.az” saytı və satış məntəqələrindən əldə etmək olar. Bilet satışından əldə olunan vəsait xeyriyyə məqsədinə yönəldiləcək.

Oxşar xəbərlər

Adnan Əhmədzadə “Mingəçevir”dən imtina etdi
Messi Bakıya gəlir!
Fantastik illik maaşlar
Azərbaycanlı iş adamı Messi ilə görüşdü - FOTO
Messi ilk oyunda "İnter Mayami"yə qələbə qazandırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər