reklam
Daha bir azərbaycanlı futbolçu Avstriya çempionatında
Sportfm.az xəbər saytı

Daha bir azərbaycanlı futbolçu Avstriya çempionatında


Ukraynanın "Dnepr" klubunun Azərbaycan əsilli müdafiəçisi Dmitri Nağıyev futbol üzrə Avstriya çempionatının Şərq regional liqasında çıxış edən "Karabakh Wien" komandasına transfer olunub.

Sportfm.az saytı "Report"a istinadən bildirir ki, futbolçunun müqaviləsinin müddəti barədə məlumat yoxdur.
Dmitri "Dnepr"in birinci komandasında 2014/15-ci illər mövsümündən çıxış etməyə başlayıb. O, dneprlilərin heyətində 66 oyun keçirib və 4 dəfə fərqlənməyi bacarıb.
Avstriya paytaxtını təmsil edən "Karabakh Wien" klubu 2014-cü ildə azərbaycanlı investorlar tərəfindən təsis edilib. Klub Avstriya II Landesliqasında çempion olub və Avstriya divizionunda statusuna görə üçüncü olan Şərq regional liqasında çıxış etmək hüququ qazanıb.
Qeyd edək ki, bir müddət öncə "Neftçi"nin müdafiəçisi Elvin Bədəlov Avstriya klubuna transfer olunmuşdu. 

Oxşar xəbərlər

Bu oyunçular Avstriya ilə oyunda meydana çıxmayacaq
Elvin Avstriyada komandasının qələbəsində pay sahibi oldu
Azərbaycanlı futbolçu Avstriya klubuna transfer olundu
Azərbaycanlı futbolçu Ukrayna çempionatında ilk qolunu vurdu - VİDEO
"Neftçi"dən 4 yeni transfer

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər