
"Neftçi"dən 4 yeni transfer
2016-2017-ci illər mövsümünə hazırlığı davam etdirən "Neftçi” heyətini yeni futbolçularla gücləndirib. Futbolinfo.az xəbər verir ki, klub saytı komandaya yeni cəlb olunmuş futbolçularla bağlı ətraflı məlumatı ictimaiyyətə təqdim edib. 1. Vançe Şikov - Makedoniya yığma komandasının müdafiəçisidir. Təcrübəli müdafiəçi ölkəsinin milli komandasında 49 oyunda meydana çıxıb və 4 qol vurub. Buna qədər isə o, Makedoniyanın U-17, U-19 və U-21 yığma komandalarında forma geyinib. Son iki mövsümü "Austriya” (Avstriya) klubunda keçirən Şikov 42 matçda meydana çıxıb. Bununla yanaşı, futbolçu Yunanıstan və Ukraynada legioner həyatı yaşayıb. 2. Edson Kastilyo – 22 yaşlı futbolçu buna qədər ardıcıl olaraq 17 və 21 yaşadək futbolçulardan ibarət Venesuela yığma komandasının heyətində çıxış edib. Kastilyo 2010-2016-cı illər ərzində Venesuelanın "Mineros” klubunun şərəfini qoruyub. Dayaq yarımmüdafiəçisi doğma komandasının heyətində 101 oyun keçirib. 3. Dario Melnyak – Xorvatiyalı sol cinah müdafiəçisi Belçikanın "Lokeren” klubundan icarə əsasında transfer edilib. 22 yaşlı futbolçu 2011-2015-ci illər ərzində Xorvatiyanın "Zelina” və "Slaven” klublarının formasını geyinib. 4. Murad Ağayev – Azərbaycanın əsas yığma komandasına dəvət almış futbolçu daha öncə 19 yaşadək futbolçulardan ibarət millimizin formasını geyinib. Azərbaycanda AZAL və "Sumqayıt” klublarında oynamış futbolçu 2006-2012-ci illərdə Rusiya klublarında çıxış edib. Bununla yanaşı, qapıçı mövqeyinə də transfer prosesi hazırda davam edir. Əlavə olaraq transferlərlə bağlı yekun məlumat ictimaiyyətə təqdim ediləcək.

№ | Komanda | o | x |
1 | Qarabağ | 27 | 71 |
2 | Sabah | 27 | 62 |
3 | Neftçi | 27 | 56 |
4 | Zirə | 27 | 37 |
5 | Qəbələ | 27 | 36 |
6 | Turan | 27 | 28 |
7 | Kəpəz | 27 | 22 |
8 | Sumqayıt | 27 | 21 |
9 | Şamaxı | 27 | 20 |
10 | Səbail | 27 | 18 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |