reklam
Elvin Avstriyada komandasının qələbəsində pay sahibi oldu
Sportfm.az xəbər saytı

Elvin Avstriyada komandasının qələbəsində pay sahibi oldu


Futbol üzrə Avstriyanın Şərq Regional Liqasında 26-cı turun oyunları keçirilib.

Sportfm.az xəbər verir ki, azərbaycanlı futbolçular Dmitri Nağıyev, Elvin Bədəlov və Emil Fərzəliyevin formasını geyindiyi Vyana "Qarabağ"ı da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə "Parndorf"la qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1.

Futbolçularımıza gəlincə, Emil bu görüşün iştirakçısı olmayıb. Elvinlə Dmitri isə start heyətdə meydana çıxıb. Bədəlov sonadək oynayıb, Nağıyev isə 69-cu dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Qarabağ" hazırda 31 xalla 17 komanda arasında 8-ci pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Nazarov münhenlilərə mane ola bilmədi
Nazarov qol vurdu, amma...
Dmitri Nağıyev qələbəyə sevindi - 5:0
Eddinin komandası meydandan qələbə ilə ayrıldı
“Qarabağ”dan inamlı qələbə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər