reklam
Sportfm.az xəbər saytı

"Sumqayıt" yenə "Neftçi"ni məğlub etdi -Misli Premyer Liqası


Misli Premyer Liqasında 16-cı tur davam edir.

Sportfm.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Kəpəz" "Zirə" ilə qarşılaşıb.
Görüş Bakı təmsilçisinin 4:0 hesablı qələbəsi ilə bitib. Günün 2-ci görüşündə isə "Sumqayıt" "Neftçi"ni qəbul edib.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib. Bu matç həm də "Neftçi"nin baş məşqçisi Samir Abasovun "ağ-qaralar"a növbəti gəlişindən sonra sabiq komandasına qarşı ilk oyunu olub.
Beləliklə, "Sumqayıt" turnir cədvəlində 19 xalla 6-cı, "Neftçi" isə 13 xalla 8-ci yerdə qərarlaşıb. Misli Premyer Liqası, 16-cı tur 8 dekabr (bazar) 18:00. “Sumqayıt” – “Neftçi” - 2:0 Qollar: Kamran Quliyev, 20, Cordan Rezabala, 44 Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov VAR: İnqilab Məmmədov AVAR: Namiq Hüseynov

Oxşar xəbərlər

"Kəpəz" 4 qol buraxdı - Misli Premyer Liqası
“Kəpəz” “Zirə”yə, “Sumqayıt” “Neftçi”yə qarşı - Misli Premyer Liqası
"Sumqayıt" "Şamaxı"ya qalib gəldi - Misli Premyer Liqası
“Neftçi” “Zirə”yə qalib gəldi - Misli Premyer Liqası
"Sumqayıt" evdə "Zirə"yə qol vura bilmədi - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər