Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Riad Rəfiyev məhkəməni aldadıb
Riad Rəfiyev məhkəməni aldadıb
“Sumqayıt” Futbol Klubunun prezidenti Riad Rəfiyev matc.az və sports.az saytlarının rəhbərləri İxtiyar Əsgərov və Anar Şabanoğludan məhkəməyə şikayət edib.
Nərimanov Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayətdə qeyd olunub ki, “Sumqayıt” Futbol Klubu Riad Rəfiyevin rəhbərlik etdiyi dövrdə Çempionlar Liqasına yüksəlib.
Bununla bağlı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşəkar Futbol Liqasına ünvanladığımız sorğuya ölkə futboluna rəhbərlik edən qurumlardan bildiriblər ki, “Sumqayıt” FK heç vaxt Çempionlar Liqasında iştirak etməyib.
Cavabları nəzərinizə çatdırırıq:
AFFA: "Sorğunuza cavab olaraq bildiririk ki, “Sumqayıt" Futbol Klubu ölkəmizi Çempionlar Liqasında təmsil etməyib. "Sumqayıt" Futbol Klubu 2020-21 mövsümündə Avropa Liqası, 2021-22 və 2023-24 mövsümlərində isə Konfrans Liqasında mübarizə aparıb.
PFL: “Sorğunuza cavab olaraq bildiririk ki, “Sumqayıt” Futbol Klubu Azərbaycanı 2020-21 mövsümündə Avropa Liqası, 2021-22 və 2023-24 mövsümlərində isə Konfrans Liqasında təmsil edib. Klub Çempionlar Liqasında iştirak etməyib”.
Qeyd edək ki, Çempionlar Liqasında ölkəmizi yalnız Azərbaycan çempionu olmuş komanda təmsil edə bilər. “Sumqayıt” isə Riad Rəfiyevin dövründə nəinki Azərbaycan çempionu olub, heç ikinci yeri də tutmayıb.
Beləliklə, ölkə futboluna rəhbərlik edən qurumların rəsmi cavablarından da aydın olur ki, Riad Rəfiyev məhkəməyə yalan məlumat verib.

Oxşar xəbərlər
"De Byazi ilə yaxınlıqdan istifadə edib futbolçularını yığmaya göndərir" - Zaur Ramazanov
Riad Rəfiyev iclas keçirəcək
Riad Rəfiyev Samir Abasovu göndərir?
Riad Rəfiyev "hərəkətə keçdi", "Sumqayıt" yeni müqavilə imzaladı - Foto
"Sumqayıt" klubunun yeni prezidenti müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası