Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Marandiçi əməliyyat olunacaq -Açıqlama
"Turan Tovuz"un "Sabah"la oyunda ağır zədə alaraq meydanı tərk edən futbolçusu Denis Marandiçi dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Sportfm.az xəbər verir ki, zədəsi ağır olduğundan moldovalı müdafiəçi ilkin təcili yardımdan sonra Mərkəzi Klinika Gəncə Xəstəxanasına çatdırılıb.
Fibula sümüyünün tam yerini dəyişmiş sınığı və tibia sümüyünün yerdəyişməmiş sınığı aşkarlanan futbolçunun ayağı gipsə qoyulub.
Klub həkiminin və xəstəxananın rəyinə əsasən futbolçunun Bakı şəhərində əməliyyat olunması nəzərdə tutulub.
Qeyd edək ki, əməliyyatın vaxtı ayağa toplanan hematomanın sovrulmasından sonra mümkün olacaq. Ehtiyac duyularsa futbolçunun əməliyyatı ölkə xaricində həyata keçiriləcək.

Oxşar xəbərlər
Azərbaycan Premyer Liqasından Moldova millisinə
Velinovski bugün əməliyyat olunacaq
"Sumqayıt"ın oyunçusu əməliyyat olunacaq
Ağır zədə aldı, meydanı göz yaşları içində tərk etdi
Mərkəzi Klinik Xəstəxana Böyükağa Hacıyevin vəziyyəti ilə bağlı açıqlama verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası