reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" "Neftçi"ni sınağa çəkəcək -Misli Premyer Liqası


Bu gün Misli Premyer Liqasında Azərbaycan derbisi keçiriləcək.

Sportfm.az xəbər verir ki, 15-ci turun 3-cü oyun günündə son çempion "Qarabağ" hazırda 8-ci pillədə qərarlaşan "Neftçi"ni qəbul edəcək. Görüş saat 19:00-da başlayacaq. Oyunu azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edəcək.

Ağdam klubu matçda qələbə qazanarsa, "Araz-Naxçıvan"ı geridə qoyaraq yenidən liderliyə yüksələcək. Qeyd etmək lazımdır ki, "Qarabağ" digərlərindən 1 oyun az keçirib.

"Neftçi" qalib gələcəyi təqdirdə isə 7-ci pilləyə qalxacaq.

Bu komandalar arasında 1-ci dövrənin oyununda Qurban Qurbanovun komandası 4:0 hesabı ilə üstün olub.

1 dekabr (bazar)

19:00. “Neftçi” – “Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirli, Elçin Məsiyev

VAR: Kamal Umudlu

AVAR: Elşad Abdullayev

“Neftçi Arena"

29 noyabr (cümə)

“Sabah” - “Səbail” - 1:0

“Araz-Naxçıvan” -“Turan Tovuz” - 1:0

30 noyabr (şənbə)

“Şamaxı” – “Kəpəz” - 0:1

“Zirə” – “Sumqayıt” - 4:1

Oxşar xəbərlər

“Səbail” “Qarabağ”a, “Neftçi” “Zirə”yə qarşı - Misli Premyer Liqası
"Zirə" "Neftçi"yə, "Sabah" "Turan Tovuz"a qarşı - Misli Premyer Liqası
“Neftçi” “Araz-Naxçıvan”a qarşı - Misli Premyer Liqası
"Neftçi" "Sumqayıt"a, "Turan Tovuz" "Sabah"a qarşı - Misli Premyer Liqası
“Araz-Naxçıvan” “Kəpəz”ə qarşı - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər