reklam
Millimizin oyunçularını dovşan adlandırdı -
Sportfm.az xəbər saytı

Millimizin oyunçularını dovşan adlandırdı -Açıqlama


Naxçıvan Futbol Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin sabiq üzvü Zaur Axundov Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı çıxışını dəyərləndirib.

Sportfm.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 14-cü turunun "Kəpəz” - "Araz-Naxçıvan” matçından (0:2) sonra Sportal.az saytına danışan funksioner millini sərt tənqid edib. Axundov futbolçuların meydanda tam güclərini qoymadıqlarını bildirib:

"İsveçlə matçda acı məğlubiyyət yaşadıq. İnanın ki, mən hələ özümə gələ bilməmişəm. Bu, olmamalı idi. Canni De Byazini söyürdülər. İtaliyalı məşqçi bu İsveçi 3:0 məğlub etmişdi. İstəyirsiz gedib Joze Mourinyonu gətirək. Futbolçu can qoymalıdır. Uduzanda da kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox. Bu oyunçular can qoymur. Bilmirəm niyə. Əgər mənim komandam olsaydı, əvəzedici heyəti meydana buraxardım, o futbolçuları qoymazdım. Fernandu Santuş olmur, kim olur-olsun”.

Oxşar xəbərlər

Fernandu Santuş mətbuat qarşısına çıxacaq
Futbol Federasiyasının yeni prezidenti Axundov oldu - FOTO
Millimizin sabiq üzvü "Araz-Naxçıvan"da - RƏSMİ
Kurdiç Naxçıvan klubunun tarixinə düşdü - Avtoqolla
Araz-Naxçıvan”ın yeni prezidenti məlum olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər