reklam
Millimiz Avropa çempionatının finalında
Sportfm.az xəbər saytı

Millimiz Avropa çempionatının finalında


Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda millimizin Gürcüstan yığmasına qarşı yarımfinal görüşü baş tutub.
Sportfm.az xəbər verir ki, U-16 qız yığmamız yarımfinal oyununda hesabda geri düşməsinə baxmayaraq, sonuncu dövrədə geri dönüş edərək yekunda Gürcüstan yığmasına 74:72 hesabı ilə qalib gəlib.
Keçirdiyi bütün oyunları qalib tamamlamış U-16 qız millimiz, Avropa çempionatının finalına vəsiqə qazanıb. Finalda millimizin rəqibi Andorra seçməsi olacaq. Oyun 23 iyul Bakı vaxtı ilə saat 21:30 -da başlayacaq.

Oxşar xəbərlər

Millimiz Avropa çempionatının yarımfinalında
Millimiz qələbə ilə başladı - Avropa çempionatı
Millimiz mübarizəyə başlayır - Avropa çempionatı
Qızlardan ibarət millimiz Avropa çempionu oldu
Qızlardan ibarət millimiz Avropa çempionatının yarımfinalında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər