reklam
“Cüzi də olsa, şansımız var
Sportfm.az xəbər saytı

“Cüzi də olsa, şansımız var" - Mahir Emreli


“Sabah güclü rəqibə qarşı oynayacağıq. Bizi çətin qarşılaşma gözləyir”.
Sportfm.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin hücumçusu Mahir Emreli UEFA Millətlər Liqasının 6-cı turunda sabah İsveçlə keçiriləcək səfər oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

"Nürnberq"də (Almaniya) son oyunlarda qol vuran 27 yaşlı futbolçu sabahkı matçda da bunun üçün çalışacağını bildirib: “Cüzi də olsa, şansımız var (C Liqasında qalmağı nəzərdə tutur - red.). Rəqib bizə yaxşı məlumdur. Uğurlu nəticə qazanmaq istəyirik. Hər bir hücumçunun istəyi qol vurmaqdır. Amma qoldan daha önəmli olan qələbə qazanmaqdır. Qolu kimin vurmasından asılı olmayaraq, əsas yığmanın uğurlu nəticə qazanmasıdır. Sabah mən də qol vurmaq istəyirəm. Klubumda son oyunlarda start heyətdə meydana çıxıram. Məşqçim də mənə güvənir. Hazırda özümü yaxşı hiss edirəm. İnanıram ki, sabah hücumda komandama kömək edə biləcəm”.
Qeyd edək ki, sabah Solnadakı "Strouberri Arena”da keçiriləcək İsveç - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Oxşar xəbərlər

Musa Qurbanlı: İnanıram...
"Uğurlu nəticə əldə etməyə çalışacağıq” - Qurban Qurbanov
Mahir Emreli start heyətdə
“Qarabağ” güclü komandadır" - Millinin baş məşqçisi
"Sabah əlimdən gələni edəcəyəm" - Mahir Emreli

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər