Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İsti Qəbələdən soyuq Stokholma -YAZI
Bu dəfə “Misli”nin dəstəyi ilə Millətlər Liqası çərçivəsində Estoniya ilə oyunu izləmək üçün yollandığımız Qəbələdən birbaşa Stokholma yollandıq. Uzun müddətdir yalnız yük daşınması üçün istifadə edilən Qəbələ şəhər aeroportuna çatanda məlum oldu ki, futbol üzrə milli komandamızı çarter reysi ilə İsveçə aparacaq təyyarə Bakıdan hələ gəlməyib.

Üstəlik, yolda əldə etdiyimiz bir məlumat da hər kəsi məyus etdi. Onsuzda heyət sarıdan ciddi problemlər yaşayan yığmamızın, zədə səbəbindən Rahil Məmmədovun və viza problemi ilə üzləşən Mustafa Əhmədzadənin xidmətindən də məhrum olduğu aydınlaşdı. Elvin Cəfərquliyevin cəzalı olması da öz yerində. Hamı qarşıdakı görüşdə portuqaliyalı mütəxəssisin kimi oynadacağını müzakirə edir. Yolboyu qələm əhli olaraq heyəti formalaşdırırıq.
Gözəl, günəşli hava, kefi olmayan və təklənib hər kəsdən uzaqda oturan Fernandu Santuş, uzun müddətdir sərnişin görməyən aeroportun işçilərinin heyrətli baxışları altında Qəbələdən Stokholma yola düşürük. Təyyarədə hava gəmisinin ekipaj üzlərindən biri, futbol fanatı olan 10 yaşlı oğlunun arzusunu həyata keçirir - onun formasını millinin üzvlərinin imzalatdırır. Futbolçularımız onun xahişini böyük həvəslə yerinə yetirirlər.

Beş saata yaxın uçuşdan sonra İsveç vaxtı ilə axşam saat 18:00-da Stokholm hava limanına enirik. Skandinaviya ölkəsi bizi özünə xas soyuq hava ilə - mənfi 2 dərəcə şaxta ilə qarşılayır. Pasport nəzarətini keçdikdən sonra şəhərdən 35 km uzaqlıqda yerləşən aeroportdan qalacağımız “GİO” otelinə yollanırıq. Yolbuyu jurnalist həmkarlarla İsveç futbolunun əfsanəvi oyunçularının adlarını xatırlayır, onların oyunlarından bəhs edirik. Ərazicə bizdən çox böyük, əhalisi isə Azərbaycandan az olan isveçlilərin dünya futboluna bəxş etdikləri ulduzlar içərisində hər kəsin öz sevimlisi var. O sevimlilər içərisində Zlatan İbrahimoviç, Tomas Brolin, Martin Dalin, Patrik Andersson, Fredrik Lündberq, Henrik Larssonun adları çəkilir. Onların ecazkar qolları yada salınır.
Təqribən 20 dəqiqə sonra otelə çatırıq. Davamı olacaq…

Araz Əhmədov
Qəbələ-Stokholm

Oxşar xəbərlər
Yığmamız İsveçə yollandı - FOTO
Fernandu Santuş: "Bütün futbolçuları özüm dəvət edirəm"
Millimizin hazırlıq planı açıqlandı
İbrahimoviç vida matçına çıxır
“Qarabağ” Qəbələdən xalsız qayıtdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi

Misli Premyer Liqası