
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Qurbanov "Qarabağ"ı "Qəbələ"yə dəyişdi
2017/18 mövsümünün transfer çalışmalarını davam etdirən "Qəbələ” heyətini İlqar Qurbanovla gücləndirib.
Sportfm.az xəbər verir ki, mövsümlərarası fasilədə ilk transferini rəsmiləşdirən "qırmızı-qaralar" 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalayıb.
25 aprel 1986-cı ildə Bakıda anadan olan Qurbanov peşəkar futbolçu karyerasına 2004-cü ildə "Xəzər Lənkəran”da başlayıb. 2007-ci ilədək sözügedən komandada top qovan yarımmüdafiəçi 2009-2010-cu illərdə "Olimpik-Şüvəlan”, 2011-2017-ci illərdə "Qarabağ”ın formasını geyinib. Türkiyədə legioner həyatı yaşayan Qurbanov "Sivasspor” (2007-2008), "Boluspor” (2008-2009) və "Mersin İdman Yurdu”nda (2010-2011) çıxış edib. Yarımmüdafiəçi Azərbaycan çempionatlarında 187 matçda meydana çıxıb və 14 dəfə rəqib qapılarına yol tapıb. İlqar Qurbanov Azərbaycan milli komandasının heyətində 29 oyun keçirib və 1 qol vurub.
Oxşar xəbərlər
"Midlsbro"nun futbolçu Azərbaycan Premyer Liqasında
Xavyer Ernandes "Qəbələ"də
"Qəbələ" iki yerli futbolçu ilə gücləndi
Kapitan "Neftçi"ni tərk etdi - FOTO
Ruslan Qurbanov "Qəbələ"də
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin