reklam
Dünya çempionu Azərbaycan xalqına təşəkkür etdi
Sportfm.az xəbər saytı

Dünya çempionu Azərbaycan xalqına təşəkkür etdi


“İnanıram ki, qazandığım uğur digər qadın güləşçilərimizin də yolunu açacaq”.

Sportfm.az xəbər verir ki, bunu Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında qızıl medal qazanan Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva deyib.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə danışan idmançı qələbəyə görə çox sevincli olduğunu bildirib:

“Məni dəstəkləyən və qələbə sevinən hər kəsə, Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Bundan sonra da yarışlara yüksək əzmlə hazırlaşıb, yeni tarixlər yazmağa çalışacam. Məqsədim hər zaman Azərbaycanın şanlı bayrağını yüksəklərə qaldırmaqdır. Daha böyük yarışlarım və uğurlarım irəlidədir. İnşallah, mənim qazandığım dünya çempionluğu digər qadın güləşçilərimizin də yolunu açacaq”.

57 kq çəki dərəcəsində döşək üzərinə çıxan Jalə Əliyeva finalda yaponiyalı Ruka Natamini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Oxşar xəbərlər

Azərbaycan güləşçisindən Dünya Çempionatında medal qazandı
Jalə Əliyeva qızıl medalı boynundan asdı
Azərbaycanlı idmançı üçqat dünya çempionu oldu - UĞUR
Daha 2 qadın güləşçisi mübarizəyə başlayır - Dünya çempionatı
Stadnik və digər qadın güləşçilərimiz uduzdu - Dünya çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər