reklam
“Qalatasaray” - “Elfsborq” oyununda 7 qol vuruldu
Sportfm.az xəbər saytı

“Qalatasaray” - “Elfsborq” oyununda 7 qol vuruldu


Bu gün Avropa Liqasının Liqa mərhələsində 3-cü tura start verilib.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.

Son Türkiyə çempionu “Qalatasaray” İsveçin “Elfsborq” komandasını qəbul edib. Oyunda 7 qol vurulub. "Qalatasaray" 4:3 hesablı qələbə qazanmaqla xalını 7-ə yüksəldib.

“Braqa” (Portuqaliya) isə “Bude Qlimt”lə (Norveç) qarşılaşıb. Norveç təmsilçisi 90+4-cü dəqiqə qolu ilə vacib qələbə qazanıb.

"Elfsborq” və “Bude Qlimt” “Qarabağ”ın Avroliqadakı gələcək rəqibləridir.

Turun digər oyunları sabah keçiriləcək.

18:30. "Qalatasaray" (Türkiyə) - "Elfsborq" (İsveç) - 4:3

Qollar: Mauro İkardi, 28 (1:0), İsak Pettersson, 39-avtoqol (2:0), Barış Alper, 44 (3:0), Hult, 52 (3:1), Baydu, 65-pen. (3:2), Yunus Akgün, 83 (4:2), Larsson, 90+2 (4:3)

18:30. "Braqa (Portuqaliya) - "Bude Qlimt" (Norveç) - 1:2

Qollar: Evyen, 53 (0:1), Nyakate, 64 (1:1), Nielsen, 90+4 (1:2)

Qırmızı vərəqə: Nyakate ("Braqa"), 67

Oxşar xəbərlər

"Qarabağ" və "Qalatasaray"a rəqib oldu, cərimələndi
"Fənərbaxça"dan qələbə, “Ayaks” "Beşiktaş"ı məğlub etdi - Avropa Liqası
Avropa Liqasında yeni mövsüm başlayır
"Qalatasaray" qrupda - Çempionlar Liqası
"Qalatasaray" Çempionlar Liqasının biraddımlığında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər