Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Federasiyaya yeni vitse-prezidentlər seçilib
Azərbaycan Badminton Federasiyasına (ABF) yeni vitse-prezidentlər və İdarə Heyətinə üzvlər seçilib.
Sportfm.az xəbər verir ki, ABF-nin ümumi yığıncağındakı açıq səsvermədə Kəmalə Şahbazova və Teymur Hüseynov qurumun yeni vitse-prezidentləri, Elio Bevilacqua və Ceyhun Məmmədəliyev isə İdarə Heyətinin yeni üzvləri seçiliblər.
İnteraktiv şəkildə keçirilən iclasda açıq müzakirə təşkil edilib. Son illərdə badmintonun ölkəmizdə inkişafı istiqamətində kifayət qədər iş görüldüyünü deyən Taleh Ziyadov növbəti 4 il üçün əsas hədəflərdən birinin bu idman növü ilə faəl məşğul olanların sayını 10000-ə çatdırmaq olduğunu bildirib.
Tədbirdə məşqçilərdən, idmançılardan, hakimlərdən və texniki heyətdən ibarət ABF-nin ümumi yığıncağı federasiya prezidenti Taleh Ziyadovun sədrliyi ilə keçirilib. İclasında illik hesabat, 4 ili əhatə edəcək inkişaf strategiyası, ötən ilin maliyyə hesabatı və federasiyanın Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi təsdiqlənib.
Baş katib Ramil Hacıyev 2024-cü ilə dair hesabatla çıxış edərək Azərbaycan Badminton Federasiyasının qarşıdakı 4 ili əhatə edəcək inkişaf strategiyasını və ötən ilin maliyyə hesabatını təqdim edib.
Ardınca çıxış üçün söz alan Azərbaycan millisinin baş məşqçisi Morteza Validarvi beynəlxalq turnirlərdə qazanılan uğurlu nəticələrin müqabilində ölkəmizin reytinq siyahısında irəlilədiyini vurğulayaraq komandamızın müxtəlif yaş qrupları üzrə rəqabətədavamlı heyətinin formalaşdığını bildirib.
ABF-nin marketinq departamentinin rəhbəri Aydan Məmmədhəsənova hakimlik istiqamətinin inkişafı ilə bağlı görülən işlər barədə məlumat verərək, 2024-cü ildə hakimlərimizin bir sıra beynəlxalq turnirlərə dəvət aldığını qeyd edib.
İclasda həvəskar badmintonun inkişafı ilə bağlı milli komandanın sabiq üzvü, hazırda məşqçi kimi fəaliyyət göstərən Orxan Qələndərov kütləviliyin artırılması məqsədi ilə bu sahənin inkişafı ilə bağlı görülmüş və görüləcək işlərə dair təqdimatla çıxış edib.

Oxşar xəbərlər
Karate Federasiyasına yeni prezident təyin olundu
Badminton Federasiyasının ümumi yığıncağı keçirildi
Abdullayev Paralimpiya Komitəsinə yeni prezident seçildi

Azərbaycan Badminton Federasiyasına yeni prezident seçildi - Təyinat
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin