Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
"Qarabağ" "Neftçi"ni keçdi -REKORD
“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.
Sportfm.az xəbər verir ki, Ağdam klubu səfərdə ən çox qol vuran komanda adına sahib çıxıb.
Bu, Misli Premyer Liqasının 10-cu turunda gerçəkləşib. Qurban Qurbanovun komandası rəqib meydanında “Kəpəz”i 5:0 hesabı ilə məğlub edib.
Qarşılaşmada vurulan 3-cü qol “Qarabağ”ın Azərbaycan çempionatlarındakı 648-ci səfər qolu olub. Bu topa Leandro Andrade imza atıb. Bununla da Ağdam təmsilçisi 647 səfər qoluna sevinən “Neftçi”nin rekordunu keçib.
“Kəpəz”lə Tovuzdakı görüşdə vurulan sonuncu top isə klub tarixinə çempionatda rəqib meydanlarındakı 650-ci qol kimi düşüb. Yubiley topuna Aleksey Kaşuk imza atıb.
Qeyd edək ki, “Qarabağ” 650 qol vurduğu səfərdə 461 oyun keçirib.

Oxşar xəbərlər
Futbolumuzda yeni rekord
"Neftçi"dən 200-cü bərabərlik
"Qarabağ"dan 600-cü səfər qolu
“Qarabağ” öz rekordunu təkrarladı - Misli Premyer Liqası
“Plastik”dən "Kəpəz"ə - 350 matç
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azarkeşlərinə ekspres avtobuslar ayırdı - “Neftçi”dən jest
-
Pley-off mərhələsinin püşkü atıldı - Region Liqası
-
“Qalatasaray” futbolçusu ilə yeni müqavilə imzaladı
-
AFFA-nın baş katibi səfirlə görüşdü
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" – "Araz-Naxçıvan" matçının hakimləri məlum oldu - Azərbaycan Kuboku