Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Türkiyə klubuna ağır cəza -Qərar
UEFA Türkiyənin "Başakşehir" klubunu cəzalandırıb.
Sportfm.az xəbər verir ki, buna Konfrans Liqasının Liqa mərhələsinin 2-ci turunun "Rapid"lə ev oyununda yaşananlar səbəb olub.
Sözügedən matçda "Başakşehir"in azarkeşləri meydana yad əşyalar atıblar. UEFA Superliqa təmsilçisini 8 min avro məbləğində cərimələyib. Həmçinin kluba Konfrans Liqasındakı növbəti ev oyununda tribunanın bir hissəsinin bağlanılması cəzası verilib.
Bu cəza "Başakşehir Fatih Terim" stadionunun Qərb bölgəsinin B blokunu əhatə edəcək. Bu sektora azarkeş buraxılmayacaq.
Qeyd edək ki, "Başakşehir" "Rapid"lə matçda 1:2 hesabı ilə uduzmuşdu. Komanda növbəti ev oyununu noyabrın 27-də "Petrokub"a qarşı keçirəcək.
Bunadək "Başakşehir" 3-cü turda "Kopenhagen"lə qarşılaşacaq.

Oxşar xəbərlər
Türkiyə klubu İstanbulda uduzdu - Konfrans Liqası
Superliqada bir neçə oyun təxirə salındı
Emre Belözoğlu "Başakşehir"dən ayrıldı - İstefa
"Başakşehir" "Gent"ə qarşı - Konfrans Liqası
Türkiyə klubundan Azərbaycana dəstək: "Yanındayıq, "Qarabağ!"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası