Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Olimpiya çempionu Gəncə klubunu ziyarət etdi -FOTO
Paris-2024 Yay Paralimpiya Oyunlarının qalibi, parataekvondoçu İmaməddin Xəlilov "Kəpəz"in məşqində olub.
Sportfm.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə idman məktəbinin yetirməsi klub rəhbərliyi, məşqçilər korpusu və futbolçularla görüşüb. Klubun icraçı direktoru Cabir İbrahimov paralimpiyaçılarımızın öz çıxışları, əzmkar mübarizələri ilə hamıya nümunə olduqlarını bildirib. Dövlət tərəfindən göstərilən diqqət nəticəsində idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri uğurların sayının ildən-ilə artdığını, xalqımızın qazanılan qələbələrlə qürur duyduğunu qeyd edib.
"Kəpəz"in baş məşqçisi Azər Bağırov paralimpiyaçılarımızın daim dördilliyin ən böyük yarışında uğurlar qazanaraq Azərbaycan bayrağını yüksəklərdə dalğalandırdıqlarını deyib. Onların Parisdə də Azərbaycanı layiqincə təmsil etmək üçün böyük səy göstərdiklərini əlavə edib.İmaməddin Xəlilov xoş sözlərə və səmimi qarşılanmaya görə kollektivə təşəkkür edib, uşaqlıqdan “Kəpəz” azarkeşi olduğunu deyib.
Komandanın çıxışına toxunan paralimpiya çempionu tarixi derbidə “Neftçi” üzərində qələbənin futbolçulara böyük motivasiya verəcəyinə inandığını söyləyib. “Həyat mübarizədir, ruhdan düşmək olmaz” – deyən Xəlilov onu da vurğulayıb ki, idmanla məşğul olduğu 7 il ərzində böyük uğur qazana bilməyib. Amma əzmkarlığı sayəsində indi qarşısına qoyduğu bütün hədəflərə çatıb.
Görüşün sonunda İmaməddin Xəlilova "Kəpəz"in forması hədiyyə olunub.

Oxşar xəbərlər
Nazir paralimpiyaçılarımızla görüşdü
Daha bir idmançımız paralimpiya çempionu oldu
"Kəpəz"in çiçəyi burnunda baş məşqçisi: Bizi ağır iş gözləyir
Mehriban Əliyeva İmaməddin Xəlilovu təbrik etdi
"Kəpəz"in azarkeşləri sevindirəcəyinə inam ifadə edildi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan cüdoçularının ilk rəqibləri bilindi - Böyük Dəbilqə
-
“Neftçi” - “Qarabağ” - START HEYƏTLƏR
-
“Neftçi” uduzdu, “Turan Tovuz” qələbə qazandı - Əvəzedicilər Liqası
-
“Kəpəz” - “Sumqayıt” matçına hakim təyinatları açıqlandı
-
“Səbail”dən darmadağın - I Liqa
-
Çempionlar Liqasında həftənin oyunçusu bilindi

Misli Premyer Liqası