reklam
Sportfm.az xəbər saytı

"Zirə"yə qarşı oynamaq şansını itirdi, Prosineçkinin sabiq klubuna yollandı


Rumıniya yığmasının və "Astra"nın üzvü Kristian Sapunaru "Kayserispor"la müqavilə bağlayıb. 
Sportfm.az xəbər verir ki, vaxtilə yığmamızın baş məşqçisi Robert Prosineçkinin çalışdırdığı Türkiyə Super Liqasının təmsilçisi 33 yaşlı müdafiəçi ilə 2 illiyə anlaşıb. Bununla da, "Kayserispor"a yeni təyin olunan rumıniyalı baş məşqçi Marius Sumudika "Astra"dan tanıdığı daha bir futbolçunu transfer edib.
 
Qeyd edək ki, "Zirə" 1-ci təsnifat mərhələsində Lüksemburq təmsilçisi "Differdanj"ı mübarizədən kənarlaşdırarsa(ilk oyun 2:0 hesabı ilə komandamızın xeyrinə başa çatıb), "Astra"nın rəqibi olacaq. 

Oxşar xəbərlər

"Zirə" sabiq məşqçisi ilə müqavilə imzaladı - RƏSMİ
"Zirə"nin baş məşqçisi:"Daha yaxşı çıxış edəcəyik"
Ayxan Abbasov: “Astra” güclü komanda təsiri bağışlayır
"Astra”nın prezidenti: "Zirə" ilə dueldə favorit deyilik"
Araz Abdullayev "Neftçi"dən ayrıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər