Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Astra”nın prezidenti: "Zirə" ilə dueldə favorit deyilik"
"Astra"da yeni layihə həyata keçirib, komandanı yeniləməyə qərar verdik. Əminik ki, gələcəyin komandasını qururuq".
Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Rumıniyanın "Astra" klubunun prezidenti Daniel Koman deyib.
Klub rəhbəri Avropa Liqasının II təsnifat mərhələsinin "Zirə" ilə dueli haqda fikirlərini açıqlayıb. Koman komandasındakı durumun yaxşı olmadığını etiraf edib: "Bunu etməyə məcbur idik. Çünki Rumıniyanın digər yüksək liqa klubları büdcələrini artırdığı vaxtda biz bu rəqəmi 50 faiz azaltmalı olduq. Lakin bütün bunlar bizim strategiyamızı dəyişə bilməz. Hədəfimiz Avropa Liqasının ən azı pley-offuna qədər irəliləməkdir".
Rumıniya yığmasının sabiq qapıçısı olan 38 yaşlı Koman "Astra"nın favorit olması fikir ilə də razılaşmır: "Mən həmişə realist olmuşam. İndi də zarafat etmir, ciddi deyirəm. Biz mərhələ keçmək baxımından "Zirə" ilə duelin favoriti deyilik. Çünki mən həm mövcud problemlərimizi yaxşı bilirəm, həm də rəqib haqda məlumatlıyam. İstədiyimiz oyunçuları ala bilməmişik. "Zirə" çox yaxşı komandadı. Onlar yay fasiləsində də yaxşı transferlər gerçəkləşdirib".
Koman yeni toplanan heyətə güvəndiyini də gizlətmir: "Amma əminəm ki, futbolçularımız hansı komandada oynadıqlarını yaxşı tərk edir. Onların bu klubun vaxtilə necə güclü komandaları mübarizədən kənarlaşdırdığından xəbəri var. Məşqçi və futbolçularıma tam arxayınam. İnanıram ki, "Zirə" ilə görüşlərdən başıuca ayrıla biləcəyik".
Oxşar xəbərlər
"Zirə"nin baş məşqçisi:"Daha yaxşı çıxış edəcəyik"
Ayxan Abbasov: “Astra” güclü komanda təsiri bağışlayır
"Zirə"nin futbolçusu: "Mərhələ keçmək üçün yaxşı şanslara malikik"
"Güclü maliyyə dayaqlarımız yoxdur" - rəqib baş məşqçi
"Zirə"yə qarşı oynamaq şansını itirdi, Prosineçkinin sabiq klubuna yollandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası