reklam
Slovakiya Bakıya itkilərlə gəlir -
Sportfm.az xəbər saytı

Slovakiya Bakıya itkilərlə gəlir -FOTO


UEFA Millətlər Liqasının 4-cü turunda Azərbaycan millisinin qonağı olacaq Slovakiya yığması Bakıya yola düşüb.

Sportfm.az xəbər verir ki, bu barədə Slovakiya Futbol Federasiyası məlumat yayıb.

Komandanın üç futbolçusunun millimizlə oyunu buraxacağı bildirilib. Bunlar müdafiəçilər Denis Vavro, Adam Obert və yarımmüdafiəçi Matuş Berodur.

Obert 3-cü turda İsveçlə oyunda (2:2) sıradan çıxıb. Buna görə də futbolçu çıxış etdiyi "Kalyari" (İtaliya) klubunun düşərgəsinə qayıdıb. "Bohum"da (Almaniya) oynayan Bero məşq zamanı zədələnib. Denis Vavro isə cəzalı durumdadır.

Qeyd edək ki, oktyabrın 14-də keçiriləcək Azərbaycan - Slovakiya matçı saat 20:00-da başlayacaq.

Oxşar xəbərlər

Slovakiya millisinin Azərbaycanla oyun üçün heyəti
Slovakiya millisinin Azərbaycanla oyun üçün heyəti - SİYAHI
Slovakiya millisinin heyəti açıqlandı - AVRO-2024
Slovakiya millisinin Azərbaycanla oyun üçün heyəti
Norveç millisi Bakıya ciddi itki ilə gəlir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər