reklam
Dünyanın ən varlı klubları - biz siyahıda yoxuq
Sportfm.az xəbər saytı

Dünyanın ən varlı klubları - biz siyahıda yoxuq


Dünyanın ən bahalı 100 klubunun siyahısı açıqlanıb.

Sportfm.az xəbər verir ki, siyahını Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) rəsmi saytında təqdim edib.

Mərkəz reytinq cədvəlini klubların heyətinin transfer qiymətinə görə (digər komandalara icarəyə verilən oyunçular da daxil olmaqla) tərtib edib.

Siyahıya 1,728 milyard avro ilə İspaniyanın “Real Madrid” klubu başçılıq edir. 1,471 milyard avro ilə İngiltərənin “Mançester Siti” klubu ikinci, 1,388 milyard avro ilə İngiltərənin “Çelsi” klubu üçüncü yeri tutur.

İlk onluğa daxil olan klubları təqdim edirik:
1. “Real Madrid” (İspaniya) - 1,728 milyard avro
2. “Mançester Siti” (İngiltərə) - 1,471 milyard avro
3. “Çelsi” (İngiltərə) - 1,388 milyard avro
4. “Arsenal” (İngiltərə) - 1,225 milyard avro
5. “Barselona” (İspaniya) - avro 1,124 milyard
6. “Liverpul” (İngiltərə) - 1,099 milyard avro
7. PSJ (Fransa) - 1,088 milyard avro
8. “Mançester Yunayted” (İngiltərə) - 989 milyon avro
9. “Tottenhem” (İngiltərə) - 886 milyon avro
10. “Bayer Leverkuzen” (Almaniya) 862 milyon avro.

Oxşar xəbərlər

Dünyanın ən bahalı klubları - “Forbes” açıqladı
Dünyanın ən varlı klubları - ilk üçlükdə 3 ingilis
Dünyanın ən bahalı futbol brendləri - SİYAHI
Dünyanın ən bahalı klubları - "Real" 6-cıdır
10 ildə transferə ən çox pul xərcləyən klublar - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər