Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
"Neftçi"dən tarixi uğursuzluq
9-cu turun “Kəpəz” – “Neftçi” matçı Misli Premyer Liqasında mövsümün ən məhsuldar oyunu olub.
Sportfm.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.
Meydan sahiblərinin 4:3 hesabı ilə qalib gəldikləri görüşdə ümumilikdə 7 qol vurulub. Bunadək ən məhsuldar matçda 6 top qeydə alınıb. 7-ci turun “Səbail” – “Sabah” görüşündə qonaqlar qalib gəliblər – 4:2.
Bununla da “Neftçi” çempionatdakı qələbəsizlik seriyasını 10-a çatdırıb. Ötən mövsümün son turunda “Sabah”a 0:1 hesabı ilə uduzan “ağ-qaralar” bu çempionatın 9 görüşündə 5 heç-heçə edib və 4 dəfə məğlub olub.
Mayın 18-də “Səbail” üzərində 3:0 hesablı qələbədən sonrakı ardıcıl 10 qalibiyyətsizlik “Neftçi”nin tarixində yeni antirekorddur. Bakı klubu 2015-ci ildəki 9 matçlıq seriyanı “arxada qoyub”. 2014/15 və 2015/16 mövsümlərini əhatə edən həmin seriya müddətində 5 heç-heçə və 4 məğlubiyyət yaşanıb.
“Neftçi” həm də tarixində ilk dəfə 3 və daha çox qol vurduğu görüşdə uduzub. Ölkə çempionatları tarixində isə 28-ci belə hadisə yaşanıb.

Oxşar xəbərlər
"Neftçi" bu uğursuzluğu 2-ci dəfə yaşadı
"Neftçi"nin tarixində bir ilk
“Neftçi”nin tarixində növbəti uğursuz seriya - Misli Premyer Liqası
«Qəbələ» - «Neftçi»: 37-ci qarşılaşma
"Neftçi" tarixində yeni antirekord
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin