reklam
Şuşada Vüqar Həşimov Memorialı başlayır
Sportfm.az xəbər saytı

Şuşada Vüqar Həşimov Memorialı başlayır


Bu gün Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialına start veriləcək.

Sportfm.az xəbər verir ki, ilk olaraq yarışın açılış mərasimi keçiriləcək.

Ardınca rapid üzrə üç tur oynanılacaq. Mübarizəyə saat 15:30-da start veriləcək.

Xatirə turnirində Azərbaycanı üç şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır.

Yarışda həmçinin Nodirbek Abdussatorov (Özbəkistan), şahmat tacı uğrunda görüşdə iştirak etmiş Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) mübarizə aparacaqlar.

Qeyd edək ki, Vüqar Həşimov Memorialı sentyabrın 28-də başa çatacaq.

Oxşar xəbərlər

“Vüqar Həşimov Memorialı” Şuşada keçiriləcək
Şuşada superturnir keçiriləcək
“Vüqar Həşimov Memorial-2023” Qəbələdə keçiriləcək
Məmmədyarov Azərbaycan təmsilçiləri ilə qarşılaşacaq - Vüqar Həşimov Memorialı-2022
Bütün iştirakçılar məlum oldu - Vüqar Həşimov Memorialı-2022

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər