reklam
Sportfm.az xəbər saytı

"Rəqibin necə bayram etdiyini gördüm" -Tsxadadze


Bu gün Azərbaycan 1-ci Liqasının ilk turunun son oyunları keçirilib. “Qəbələ” öz meydanında “Zaqatala”nı qəbul edib. Görüş qolsuz bərabərliklə başa çatıb – 0:0.

Sportfm.az xəbər verir ki, oyundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadze klubun mətbuat xidmətinə açıqlama verib.

Oyunla bağlı fikirlərini bildirən mütəxəssis bunları deyib:

“Çempionatda birinci oyunlar hər zaman həyəcanlı və çətin olur. Futbolçulardan razıyam. Hamısı əziyyət çəkdilər, qol imkanlarımız da oldu. Lakin daha çox qol epizodları yaratmaq və onları dəyərləndirmək lazımdır. Rəqibimiz də yaxşı oynadı. Ümumilikdə deyə bilərəm ki, yaxşı oyun oldu. Heyətimizin 95 faizi dəyişib. Buna baxmayaraq rəqiblərimiz də bizə qarşı çox böyük motivasiya ilə oynayırlar. Mən rəqib komandanın nəticəyə görə necə böyük bayram etdiyini də gördüm. Bizdə də yaxşı oyun gördük. Amma hücumda keyfiyyəti daha da artırmaq lazımdır”.

Oxşar xəbərlər

Sxadadzenin ilk sözü: "“Qarabağ”ı Avropa Liqasında göstəridiyi nəticəyə görə təbrik edirəm"
"Kəpəz"in futbolçusu:"Rəqibin “Neftçi” olması həvəsimizi daha da artırmışdı"
Nicat Qurbanov: “Klubun adına yaraşmayan yerdəyik”
"Yaxşı oynayıb, məğlub olduq"
Roman Qriqorçuk: "Bu matç iki həftə əvvəl olsaydı..."

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər