reklam
Türkiyə adından qızıl qazanan təbrizli atlet İranın qəzəbinə uğradı
Sportfm.az xəbər saytı

Türkiyə adından qızıl qazanan təbrizli atlet İranın qəzəbinə uğradı


Bir neçə gün əvvəl Türkiyə komandasının tərkibində Paris 2024 Paraolipiyadasında çıxış edərək qızıl medal alan təbrizli atlet Səccad Haşiminin (Sərkan Yıldırım) qızıl medalı geri alınıb və qələbəsi ləğv edilib.
Sportfm.az xəbər verir ki, buna səbəb İran tərəfinin təbrizli idmançı barəsində şikayətləri olub.

İran tərəfi Səccad Haşiminin iranlı olmasını, sonradan Türkiyəyə getməsini və əlil olmamasını iddia edib.

Türkiyə Paralimpiya Komitəsi məlumatı təsdiqləyib və bu qərara etiraz olaraq Səccad Haşiminin yanında olduqlarını bildirib.

"Meydanda qazanılan medalın məhkəmədə geri alınmasına imkan verməməyə çalışacağıq", - bəyanatda bildirilib.

Qeyd edək ki, Səccad Haşimi (Sərkan Yıldırım) Paris-2024 Paralimpiya oyunlarında 100 metr məsafəyə qaçış üzrə birinci yeri tutub.

Oxşar xəbərlər

Daha bir idmançımız paralimpiya çempionu oldu
İdmançımızdan gümüş medal - Paris-2024
Paralimpiyaçımız Paris-2024-də qızıl medal qazandı
Azərbaycan paralimpiyaçılarından 14-cü qızıl medal - Tokio-2020
Azərbaycanlı atlet Türkiyəyə qızıl medal qazandırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər