reklam
“Tottenhem” – “Qarabağ” matçının biletləri 22 manatdan başlayacaq
Sportfm.az xəbər saytı

“Tottenhem” – “Qarabağ” matçının biletləri 22 manatdan başlayacaq


İngiltərədə “Tottenhem” və “Qarabağ” arasında keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunun matçının bilet qiymətləri məlum olub.

Sportfm.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Oyunun biletləri böyüklər üçün 30 (təxminən 66,9 manat), 18 yaşdan kiçik şəxslər üçün 10 funt sterlinq (22,3 manat) olacaq.

Biletləri setyabrın 11-də, yerli vaxtla saat 14:00-dan sonra əldə etmək mümkündür.

Sentyabrın 26-da keçiriləcək “Tottenhem” – “Qarabağ” matçı saat 23:00-da başlayacaq.

Oxşar xəbərlər

"Ludoqorets" - "Qarabağ" matçının biletləri satışda
“Qarabağ” - "Ludoqorets” matçının biletləri satışa çıxır
“Qarabağ” – “Hakken” matçının biletləri satışda
"Qəbələ" - "Omoniya" matçının biletləri satışda
"Qarabağ" - "Kopenhagen" matçının biletləri neçəyə olacaq?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər