Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Almaniya klubunun məşqçisi Renatın Azərbaycanı seçməsi barədə danışdı
Almaniyanın "Eintracht" klubunun U-19 komandasının baş məşqçisi Aleksandr Şur Azərbaycan millisinin üzvü olan gənc hücumçu Renat Dadaşov barədə danışıb.
Sportfm.az xəbər verir ki, baş məşqçi deyib: "Renat yaxşı potensiala və üstün cəhətlərə malikdir. O, rəqib müdafiəçiləri daim təzyiq altında saxlayır, hava toplarında da təhlükəlidir. "Tipik hücumçu" anlayışı Dadaşovun oyununa uyğun gəlir. Renat cərimə meydançasında özünü soyuqqanlı aparır. U-19 komandası ilə son 6 ayda oynadığı 10 qarşılaşmada 7 qol vurdu və 3 məhsuldar ötürmə etdi. Dadaşov daim çalışmalı və özünü təsdiq etməlidir. Yəqin ki, böyük hədəfləri də var. Renat müsahibələrinin birində demişdi ki, kumiri Kərim Benzema və Zlatan İbrahimoviçdi".
Şur Dadaşovun millimizi seçməsindən də danışıb: "Renat Rüdeşaymda doğulsa da, Azərbaycan əsilli olduğu üçün tarixi vətəninin millisini seçdi. O, qardaşı Rüfət Dadaşovun yolu ilə getdi. Çünki o da Azərbaycan yığmasında oynayıb. Amma Renat daha istedadlıdır".(Goal.az)
Oxşar xəbərlər
Dadaşovun komandasından uğursuz oyun
Dadaşovun komandası xal itirdi
Renat növbəti qolunu vurdu - Türkiyə Superliqası
Renat Dadaşov dubl etdi, “Hatayspor” qələbə qazandı - Türkiyə Superliqası
Renat Dadaşov "Trabzonspor"a keçir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası