reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" azarkeşləri üçün yeni tətbiq


"Qarabağ" azarkeşlər üçün yeni tətbiq istifadəyə verib.

Sportfm.az xəbər verir ki, bu, İsveçrənin “Blocksport” şirkəti ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlib.

Bu addım azarkeşlərin klubla əlaqələrinə yeni təcrübə gətirəcək. Yeni tətbiq Qarabağsevərlərin virtual şəkildə bir araya gəlməsini, fançatlarda müzakirələr aparmasını, klub haqqında yenilikləri rahat şəkildə əldə etməsini, klubla bağlı özəl məzmun yaratmasını təmin edəcək.

Azarkeşlər sosial şəbəkə hesablarını birarada izləmək, oyun proqnozları vermək kimi yeni imkanlar qazanacaq. Bu ekosistem azarkeşlərə xüsusi sorğular və səsvermələr keçirməsinə də töhfə verəcək. Tətbiqi iki dildə - Azərbaycan və ingilis dillərində istifadə etmək mümkündür.

Qeyd edək ki, “Blocksport” şirkəti idman sənayesi üçün həllər təqdim edən yenilikçi texnologiyaların təminatçısıdır. “Blocksport” müxtəlif idman növləri üzrə federasiya və liqalar, dünyanın fərqli bölgələrindən olan "Empoli", “Partizan”, “Metallist”, “Leuven” də daxil olmaqla 100-ə yaxın klub, həmçinin ayrı-ayrı idmançılarla əməkdaşlıq edir.

Oxşar xəbərlər

AMADA-dan innovativ yanaşma
"Turan Tovuz"da yeni tərəfdaşlıq müqaviləsi
"Qəbələ" İsveçrə şirkəti ilə müqavilə imzaladı
Azarkeşlər Olimpiya Stadionuna rahat gəlib-gedəcək
KATV1 Azərbaycan Kiber İdman Federasiyasının tərəfdaşı oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər