reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" İsveçrə şirkəti ilə müqavilə imzaladı


“Qəbələ” klubu Avropanın “Blocksport” ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. 

Sportfm.az xəbər verir ki, 3 ili əhatə edəcək müqaviləyə əsasən, İsveçrə şirkəti azarkeşlər üçün fan tətbiqin hazırlanmasını, klubun fan tokenlərini, eləcə də unikal NFT kolleksiyalarının buraxılmasını həyata keçirəcək. 

Bu, Qafqaz regionunda tətbiq olunan ilk blokçeyn tərəfdaşlığıdır. Sözügedən addım azarkeşlərin klubla əlaqələrinə və fəaliyyətlərinə yeni təcrübə gətirəcək. Rəqəmsal ekosistem azarkeşlərə klub ilə tətbiq üzərindən əlaqələr qurmağa -  xüsusi sorğular və səsvermələr keçirməyə, unikal məzmun yaratmağa, proqnozlar verməyə, fan çatlarda söhbətlər aparmağa -  imkanlar yaradacaq. Tətbiq yaxın müddətdə azarkeşlərin istifadəsinə veriləcək.

“Blocksport” idman sənayesi üçün həllər təqdim edən yenilikçi texnologiyaların təminatçısıdır. Şirkət dünyanın fərqli bölgələrində müxtəlif idman növləri üzrə fəaliyyət göstərən 40-dan çox klub ilə əməkdaşlıq edir.

Oxşar xəbərlər

“Qəbələ” yeni əməkdaşlıq müqaviləsi imzaladı
“Qarabağ” yeni tərəfdaşlıq müqaviləsi imzaladı - FOTO
“Qəbələ” yeni sponsorunu təqdim etdi
PFL-dən yeni əməkdaşlıq müqaviləsi
"Qəbələ"ni bir il nəqliyyat vasitələri ilə təmin edəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər