reklam
Mikayıl Cabbarov Hacı Əliyevə təşəkkür etdi
Sportfm.az xəbər saytı

Mikayıl Cabbarov Hacı Əliyevə təşəkkür etdi


Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov 2 qat olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyevin karyerasını başa vurması ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Sportfm.az xəbər verir ki, AGF rəhbəri Əliyevə təşəkkürünü bildirib:

“Ölkə güləşinə verdiyi töhfəyə, qazandığı uğurlarla bir çox yeniyetmə və gənc güləşçilərə ilham mənbəyi olduğuna görə Hacı Əliyevə təşəkkürümü bildirirəm. O, mübarizə əzmi, intizamı və çalışqanlığı ilə hər zaman komanda yoldaşlarına nümunə olub.

İnanırıq ki, o, zəngin təcrübəsi ilə bundan sonra da Azərbaycan güləşinin inkişafına dəstək olacaq. Hər şey üçün çox sağ ol, Hacı”.

Oxşar xəbərlər

Hacı Əliyev karyerasını bitirdi
Hacı Əliyev gözündən zədə aldı - VİDEO
“Məni Cənab Prezidentlə görüşə buraxmadılar” - Hacı Əliyev
Hacı Əliyevə kapitan rütbəsi verildi
Azərbaycanlı güləşçiyə ev verildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər