reklam
Qosens Türkiyəyə gəlir - keçid reallaşır
Sportfm.az xəbər saytı

Qosens Türkiyəyə gəlir - keçid reallaşır


"Union Berlin"in müdafiəçisi Robin Qosens karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportfm.az xəbər verir ki, "Beşiktaş" almaniyalı müdafiəçini transfer etmək istəyir. Bu barədə Niderland mətbuatı məlumat yayıb.

İstanbul təmsilçisi müdafiənin solunda olan problemi Qosenslə həll etməyi planlaşdırır. PSV də 30 yaşlı futbolçu ilə maraqlanır.

Qeyd edək ki, "Union Berlin" Robin Qosensi ötən ilin yayında "İnter"dən transfer edib. Almaniya millisinin üzvü Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimidir.

Oxşar xəbərlər

Daha bir türk futbolçu Ərəbistana yollanır
"Cim-bom"un yeni hədəfi - Viktor Lindelöf
Türk futbolçu üçün görünməz məbləğ
Türkiyə klubundan İngiltərəyə yollanır
Bonuççi "Fənərbaxça"da - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər