reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" Bolqarıstan çempionuna qarşı -YENİLƏNİR


Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Sportfm.az xəbər verir ki, Ağdam klubu Bolqarıstan "Ludoqorets"i ilə evdə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq. Görüşü İsveçrədən olan referi Urs Şnider idarə edəcək.

"Ludoqorets" son illər Bolqarıstan futbolunun nəhəngi hesab edilir. Razqrad şəhərini təmsil edən komanda 2011/12 mövsümündən başlayaraq son 13 mövsümün hamısında ölkəsinin çempionu olub.

Bu komandalar arasında cavab oyunu avqustun 13-də Bolqarıstanda olacaq.

"Qarabağ" - "Ludoqorets" cütünün qalibi ÇL-in pley-off mərhələsində Zaqreb "Dinamo"su (Xorvatiya) ilə üz-üzə gələcək.

Cütün məğlubu isə yoluna Avropa Liqasının pley-offunda davam edəcək və burada "Petrokub" (Moldova) – TNS (Uels) duelinin qalibi ilə qarşılaşacaq.

6 avqust.

20:00. “Qarabağ” (Azərbaycan) – “Ludoqorets” (Bolqarıstan)

Baş hakim: Urs Şnider, Marco Zürcher, Benjamin Zürcher, Sven Wolfensberger (İsveçrə)

VAR hakimləri: Fedayi San, Johannes von Mandach

Tofiq Bəhramov adına Respublika Stadionu

Oxşar xəbərlər

Stadion tam dolacaq - "Qarabağ" - "Ludoqorets" matçına 23 000 bilet satılıb
“Qarabağ” - "Ludoqorets” matçının biletləri satışa çıxır
Urs və Sozza "Qarabağ"ın oyununa gələcək
“Qarabağ” “Ludoqorets”i keçərsə bu komandalarla düşəcək - SİYAHI
"Qarabağ"ın "Ludoqorets"lə oyunlarının vaxtı dəqiqləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər