reklam
“Qarabağ” rəsmiləri Adil Əliyevlə görüşdü
Sportfm.az xəbər saytı

“Qarabağ” rəsmiləri Adil Əliyevlə görüşdü


“Qarabağ”ın baş direktoru Emrah Çəlikəl və İdarə Heyətinin üzvü Asif Əsgərov Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı Adil Əliyevlə görüşüblər.

Sportfm.az xəbər verir ki, görüş İcra Hakimiyyətinin binasında baş tutub.

“Köhlən atlar”ın davamlı uğurlarından bəhs edən Əliyev “Qarabağ”ın oyunlarını maraqla izlədiyini və göstərdiyi futboldan zövq aldığını bildirib.

İcra başçısı vurğulayıb ki, iş qrafiki imkan verdikcə “Qarabağ”ın görüşlərində iştirak edəcək və hər zaman dəstəkləyəcək. Klub rəsmiləri Əliyevi yeni vəzifəyə təyin olunması ilə bağlı təbrik edib, ona uğurlar arzulayıb. Görüşün sonunda Çəlikəl İcra başçısına “Qarabağ”ın formasını hədiyyə edib.

Oxşar xəbərlər

Azərbaycanda klub prezidenti icra başçısından üzr istədi
PFL rəhbərliyi bölgələrdə - Liqa klubları ilə görüşdü
İcra başçısı Tərlan Əhmədovla görüşdü - FOTO
İcra başçısı “Kəpəz” rəhbərliyi ilə görüşdü - FOTO
İcra başçısı “Qarabağ”dan danışdı - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər