Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qalatasaray" braziliyalı müdafiəçinin transferini həll etdi
"Qalatasaray" yay fasiləsində növbəti transferini reallaşdırıb.
Sportfm.az xəbər verir ki, "sarı qırmızılar" mərkəz müdafiəçisi Maykonu heyətə qatıb. Braziliyalı futbolçunun çıxış etdiyi "Sao Paulo" klubuna 7 milyon avro birbaşa, 1 milyon isə bonus ödənəcək. "Qalatasaray" məbləğin yarısını dərhal, qalan hissəsini isə 2018-ci ilin avqust ayına kimi Braziliya klubunun hesabına köçürəcək. Maykonun illik məvacibi isə 2.6 milyon avro olacaq. Onun növbəti mövsüm 25 oyunda meydana çıxması "Sao Paulo"ya 250 min, 50 görüşdə oynaması isə daha 250 min qazandıracaq. Transferin rəsmən yaxın günlərdə elan olunması gözlənilir. İstanbulda tibbi müayinədən keçən futbolçu ictimaiyyətə təqdim olunacaq.
Oxşar xəbərlər
"Qalatasaray" İkardinin transferini açıqladı
Fransa millisinin üzvü "Qalatasaray"a keçdi - FOTO
"Qalatasaray"ın yeni transferi rəsmən açıqlandı
"Qalatasaray" Fequlini rəsmən rənglərinə bağladı
"Qalatasaray" yeni transferini rəsmən təqdim etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin