Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimiz Ermənistanla bu tarixdə oynayacaq
Azərbaycanın yeniyetmə basketbolçulardan ibarət millilərinin Avropa çempionatının C divizionunda keçirəcəyi oyunların təqvimi açıqlanıb.
Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
16 yaşadək oğlanlardan ibarət yığma A qrupunda Albaniya, Malta və Moldova millilərinə qarşı mübarizə aparacaq. Tahir Baxşıyevin rəhbərlik etdiyi millinin qrupdakı ilk oyunu iyulun 9-da, Bakı vaxtı ilə saat 21:30-da Albaniya yığmasına qarşı olacaq. U-16 növbəti oyunlarını iyulun 10-da, saat 16:30-da Moldova, ayın 11-də, saat 16:30-da isə Malta millilərinə qarşı keçirəcək. Qarşılaşmalar paytaxt Tiranada baş tutacaq.
16 yaşadək qızlardan ibarət millimiz A qrupunda Gürcüstan, Ermənistan və Kipr yığmaları ilə mübarizə aparacaq. Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi komandanın qrupdakı ilk oyunu iyulun 9-da, Bakı vaxtı ilə saat 15:00-da Ermənistan yığmasına qarşı olacaq. U-16 qrupda növbəti oyunlarını Gürcüstan (10 iyul, 12:30) və Kipr (11 iyul, saat 12:30) millilərinə qarşı keçirəcək. Qarşılaşmalar Cəbəllütariqdə baş tutacaq.

Oxşar xəbərlər
Millimiz mübarizəyə başlayır - Avropa çempionatı
Millimiz mübarizəyə qoşulur - Ermənistanla oyun var
Bu dəfə Ermənistanı məğlub etdik
Millimiz Ermənistanla eyni qrupda - Avropa çempionatı
Qızlarımız mübarizəyə başlayır - Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası