Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ballak ispanların haqsız qalib gəldiklərini düşünür
Almaniya millisinin sabiq yarımmüdafiəçisi Mixael Ballak AÇ-2024-ün 1/4 final matçında Camal Musialanın zərbəsindən sonra topun ispaniyalı müdafiəçi Mark Kukurellanın əlinə dəydiyi mübahisəli məqamdan danışıb.
Sportfm.az xəbər verir ki, almaniyalı keçmiş futbolçu, ispan müdafiəçinin əli ilə topu dəf edərək, mümkün qolun qarşısını aldığını bildirib:
“Futbolda daha aşkar həndbol yoxdur. Müdafiəçi əli ilə qapıya vurulan zərbəni dəf edərək, mümkün qolun qarşısını aldı. Bu epizod niyə yoxlanılmadı? Burada mənim üçün hər şey tamamilə aydındır”.
Matçın baş hakimi Entoni Teylor bu epizodda penalti təyin etməyib.
Qarşılaşma əlavə vaxtda İspaniya yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Lui de la Fuentenin komandası yarımfinalda Fransa ilə qarşılaşacaq.

Oxşar xəbərlər
Almaniya mübarizəni dayandırdı, ispanlar qalibdir - AVRO-2024
Ünal Messinin rekordunu təkrarladı
"Hər iki epizodda penalti təyin olunmalı idi" - Frits Ştuxlik
PSJ "Atalanta"ya qarşı - Çempionlar Liqası
"Top əlimə dəymişdi, penalti var idi" - Marselo
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası