reklam
Ünal Messinin rekordunu təkrarladı
Sportfm.az xəbər saytı

Ünal Messinin rekordunu təkrarladı


Futbol üzrə İspaniya çempionatının XXV turunun “Kadis” və “Xetafe” komandalarının qarşılaşmasında Lionel Messinin rekordu yenilənib.

Sportfm.az əbər verir ki, 2:2 hesabı ilə yekunlaşan görüşdə sonuncu qolun müəllifi “Xetafe”nin türk əsilli hücumçusu Enes Ünal olub.

Matçın baş hakimi oyuna 10 dəqiqə əlavə edib və final fitindən əvvəl VAR-a baxdıqdan sonra “Kadis”in qapısına penalti təyin edib. Artıq əlavə olunmuş 16-cı dəqiqədə Ünal 11 metrlik zərbəni qola çevirərək yekun hesabı müəyyənləşdirib. Bu, 105:14-cü dəqiqəyə təsadüf edib.

Beləliklə, Ünal XXI əsrdə İspaniya çempionatında ən gec vurulan qolun müəllifi olub. Əvvəllər bu nailiyyət 2008-ci ilin payızında “Barselona”nın heyətində “Espanyol”un qapısına təyin olunmuş penaltini 102:52-ci dəqiqədə dəqiq yerinə yetirən argentinalı hücumçu Lionel Messiyə məxsus idi.

"Kadis" XXV turdan sonra 27 xal toplayıb və turnir cədvəlində 15-ci yerdədir. "Xetafe" isə 1 xal geridə qalaraq 16-cı yeri tutur.

Oxşar xəbərlər

Elvin Camalov üçün əlamətdar qarşılaşma
Messi Ronaldonun rekordunu təkrarladı
Messi primerada 6000-ci qolu vurdu
"Barselona" autsayderlə oyunda mühüm xal itirdi
"Barselona"dan yeni rekord

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər